...

Azərbaycan dünya ölkələri arasında kifayət qədər rəğbət qazanıb - Şahin İsmayılov

Siyasət Materials 28 Noyabr 2022 12:12 (UTC +04:00)
Azərbaycan dünya ölkələri arasında kifayət qədər rəğbət qazanıb - Şahin İsmayılov

Bakı. Trend:

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans region üçün önəmli platformadır və qlobal medianın diqqətini cəlb edir. Noyabrın 25-də ADA Universitetində keçirilən konfransda Prezident İlham Əliyevin çıxışı ciddi məsələləri əhatə edirdi. Azərbaycan Prezidenti müzakirələr zamanı müxtəlif ölkələrdən olan nümayəndələrin suallarını cavablandırdı. Prezident bütün dövrün aktual mövzuları və son zamanlar gündəmdə olan məsələlərə münasibət bildirdi. Bununla bir çox dairələrə aydın şəkildə mesajlar verilmişdir.

Prezident İlham Əliyev Azərbaycanın qələbəsini ordu, xalq və siyasi iradəmizin sayəsində baş verdiyini vurğuladı. Ali Baş Komandan bununla bir daha aydın şəkildə bildirdi ki, beynəlxalq hüquq ikili standartlara məruz qalır və biz öz gücümüzün hesabına qalib gəlmişik. Prezident cənub qonşularımız və din ilə bağlı digər sualın cavabında xüsusilə nəzərə çatdırdı ki, biz dinin dövlətdən ayrı olmasını əsas tuturuq. Azərbaycan multikultural dəyərlərə sadiqdir. Ölkə rəhbərliyi üçün ən əsas amil vətəndaşın əmin-amanlıq içində yaşamasıdır. Heç kim dininə, irqinə və ya digər məxsusiyyətə görə ayrı-seçkilik ilə üzləşmir. Biz müsalman dəyərlərinə də sadiqik. Prezidentin tapşırıqları və görülən işlər sübut edir ki, özünün də dediyi kimi dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.

Cənab Prezident Türkiyə-Azərbaycan münasibətlərindən söz açarkən bildirdi ki, əməkdaşlıq formatının üstünlüklərindən biri odur ki, birgə fəaliyyət qurulub. Ölkə başçısı Türkiyənin İsrail və bəzi ərəb ölkələri arasında münasibətlərinin normallaşmasında xüsusi səyimizi qeyd edərək Azərbaycan dövlətinin dost münasibətlərin qurulmasında mühüm rol oynadığını dedi. Bu ondan irəli gəlir ki, ölkəmiz dünya ölkələri arasında kifayət qədər rəğbət qazanıb.

Tədbirdə Azərbaycan Prezidentinə ünvanlanan suallar kifayət qədər geniş mövzuları əhatə edirdi. Prezident İlham Əliyevin faktlar və reallıqlara əsaslanaraq toxunduğu məqamlar isə bir daha ölkəmizin güclü dövlət olmasını, regionun lider dövlətinə çevrilməsini və söz sahibi olmasını bildirdi. Ölkəmiz bir çox sahələr üzrə etibarlı tərəfdaş kimi özünü doğruldub. Məhz buna görə də müxtəlif ölkələr bizimlə əməkdaşlığa can atır. Azərbaycanın artan nüfuzu uğurlarımızın sayını günbəgün çoxaldır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti