Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının Zirvə görüşü 16 martda Türkiyədə baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
"Zəlzələ səbəbəbindən Antalya Diplomatiya Forumunun keçirilməsi təxirə salındı. Lakin Türk Dövlətləri Təşkilatının Zirvə görüşü 16 martda baş tutacaq. Macarıstan Baş naziri Viktor Orban zirvə görüşündə görməkdək məmnunluq duyacağıq. 29 martda isə Macarıstan Prezidenti Katalin Novak Türkiyəyə səfər edəcək", - deyə M. Çavuşoğlu əlavə edib.
Xatırladaq ki, ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.