...

Əfv Məsələləri Komissiyasının baxdığı müraciətlərin sayı mini ötüb

Siyasət Materials 28 Fevral 2023 18:19 (UTC +04:00)
Əfv Məsələləri Komissiyasının baxdığı müraciətlərin sayı mini ötüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 1000-i ötüb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti