...

Serbiya Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini dəstəkləyir

Siyasət Materials 2 Mart 2023 16:39 (UTC +04:00)
Serbiya Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini dəstəkləyir
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevə sammitin təşkilinə və bu gün müzakirə etməkdə olduğumuz məsələlərin həllində iştirakına görə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın baş naziri İvitsa Daçiç Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında deyib.

"Azərbaycanın Afrika ölkələrinin, habelə, inkişaf etməkdə olan ada ölkələrinin inkişafına yönəlmiş təşəbbüslərini yüksək qiymətləndiririk", - o qeyd edib.

O, 1961-ci ildə təşkilatın formalaşmasında Belqradın rolu ilə əlaqədar olaraq sammitin ölkəsi üçün xüsusi rol oynadığını vurğulayıb. Serbiya nümayəndəsi Bakı şəhərində təşkil edilmiş platformanın müasir dövrün mühüm çağırışı olan qlobal pandemiyanın həllində irəliləyiş imkanı olduğunu qeyd edib.

Daçiç sonda xalqların sülh şəraitində birgə mövcudluğunun əhəmiyyətini qeyd edərək və gərginlik ocaqlarının yaranmasının yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti keçirilir. Sammitdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti