...

Əfv Məsələləri Komissiyası bu gün 150-dən artıq müraciətə baxıb

Siyasət Materials 7 Mart 2023 17:25 (UTC +04:00)
Əfv Məsələləri Komissiyası bu gün 150-dən artıq müraciətə baxıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasda yol-nəqliyyat hərəkətləri ilə bağlı 150-dən çox əfv müraciətinə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 1150-i ötüb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti