...

Prezident İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı - ŞƏRH

Siyasət Materials 15 Mart 2023 17:33 (UTC +04:00)
Prezident İlham Əliyevin Almaniyaya səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin martın 13-də Almaniyaya işgüzar səfəri baş tutub. Səfər uğurlu olub, dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Sevinc Hüseynova bildirib ki, səfər vacib əhəmiyyət daşıyırdı və mühüm görüşlər, müzakirələr və Prezidentlərin mətbuata bəyanatı ilə yadda qaldı.

“Keçirilən görüşlər və görüşlər zamanı səsləndirilən fikirlər göstərdi ki, Almaniya Azərbaycanla əməkdaşlığın inkişafına və münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirdi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, o cümlədən Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verməsini qeyd etməsi mühüm əhəmiyyət kəsb edirdi. Məlumdur ki, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər ölkəmizin maraqları ilə tam üst-üstə düşür və Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun nəticələrlə yekunlaşıb. Bu baxımdan Almaniyanın da bu missiyaya dəstək verməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bir daha göstərir”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, ümumilikdə səfər Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və əməkdaşlığın gələcək inkişafı üçün yeni perspektivlər açır.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə deyib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan adına çox səmərəli və mühüm səfər olaraq yadda qaldı.

“44 günlük Vətən müharibəsi və Azərbaycanın həyata keçirdiyi uğurlu beynəlxalq layihələr nəticəsində artıq Avropa dövlətləri tərəfindən ölkəmizə xüsusi diqqətlə yanaşıldığının şahidi oluruq. Əlbəttə bu Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində qazanılmış nüfuzdur.

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində dövlət başçımız Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Hamıya məlumdur ki, artıq Azərbaycan müxtəif sahələrdə Avropanın əsas tərəfdaşlarından birinə çevrilir. Bunu enerji təhlükəsizliyi, məsələlərində daha qabarıq şəkildə görürük”, - deyə deputat bildirib.

O qeyd edib ki, səfər Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Müzakirələr qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçib. Görüşdə də qeyd olunduğu kimi iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündən belə nəticəyə gəlmək olar ki, bu istiqamətdə daha fəal işlərin görüləcəyini və daha yaxşı nəticələrin əldə olunacağını proqnozlaşdırmaq olar.

Bu səfərdən də gördüyümüz odur ki, Azərbaycan Avropanın bütün inkişaf etmiş ölkələri üçün sadiq tərəfdaş və dost ölkə olaraq özünü təsdiqləmişdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti