...

Erməni şovinistlər qəddarlıq, barbarlıq nümunələri kimi tarixə düşdülər - QMİ sədri

Siyasət Materials 16 Mart 2023 15:06 (UTC +04:00)
Erməni şovinistlər qəddarlıq, barbarlıq nümunələri kimi tarixə düşdülər - QMİ sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sovetlər dövründə məscid, kilsə və sinaqoqlara həqarət olunmurdu. Erməni şovinistlər isə daha artıq qəddarlıq, barbarlıq nümunələri kimi tarixə düşdülər.

Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Onların məscidləri, qəbiristanlıqları dağıtmaları faktlarla sübut olundu. Belə bir dövlətin baş nazirinin populist fikirlər irəli sürməsi cəfəngiyyatdır. Azərbaycan məscid sökən deyil, inşa edən dövlətdir”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti