Bakı. Trend:
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar təklifi alqışlarla təsdiqləyiblər.