...

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqları bərpa etməyə çağırır

Siyasət Materials 23 Mart 2023 14:59 (UTC +04:00)
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqları bərpa etməyə çağırır

Bakı. Trend:

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə danışıqları bərpa etməyə çağırır.

Trend-in məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, düşmənçilik ritorikasının və Qarabağda insidentlərin sayının artması narahatlıq doğurur.

"Biz sülh prosesinə alternativin olmadığı mövqeyindən çıxış edirik. Biz tərəfləri Ermənistan-Azərbaycan normallaşmasının bütün yollarını, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazişinə hazırlığı, ictimai xadimlərin, parlamentarilərin görüşlərinin keçirilməsini bərpa etməyə çağırırıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti