...

Paris, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir

Siyasət Analytics 24 Mart 2023 09:56 (UTC +04:00)
Paris, Tehran və İrəvana yerləri göstərildi: Paşinyan deyəsən, özünü vurmaq istəyir
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanın İranla yetərincə uzun sərhədi var ki, onu qorumaq gərəkdir". ABŞ-ın dövlət katibi Entoni Blinken Senatın beynəlxalq münasibətlər komitəsindəki dinləmələrdə "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin dayandırılması və Azərbaycana hərbi yardımların göstərilməsi nin vacibliyini əsaslandırarkən belə deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər.

"Düşünürəm ki, bir fürsət var, onu böyütmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı mövcuddur. Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik", - E.Blinken çıxışında deyib.

Birləşmiş Ştatların dövlət katibinin çıxışında toxunduğu məqamlar önəmlidir. Belədirsə, rəsmi Vaşinqtonun indiki mövqeyi Azərbaycana və o cümlədən bölgəyə nə vəd edir?

Sualın ritorika səviyyəsi yüksək deyil.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasətindəki absurd vurnuxmalardan və sürəkli təlimatlar əsasında mövqe dəyişiklərindən sonra E.Blinkenlə telefonla bölgədəki vəziyyəti müzakirə etmişdi.

N.Paşinyanın bugünkü bəyanatı da maraqlıdır.

"Mən sizin hamınıza və beynəlxalq ictimaiyyətə belə bir mesaj göndərmək istəyirəm: sülh müqaviləsi olacaq və o bu günə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında olacaq. Ermənistan və Azərbaycan vəziyyəti gərginləşdirməkdən çəkinəcək və bir-birinin sərhədlərinə hörmət edəcəkləri barədə razılığa gəliblər. Azərbaycanın hansısa tarixi xəritələrə əsaslanaraq delimitasiya ilə bağlı bəyanatları sadəcə olaraq razılaşmaları pozur. Ötən gün Azərbaycan tərəfindən açılan snayper atəşi ilə erməni hərbçisi ölüb", - Ermənistanın baş naziri söyləyib.

"Sülh müqaviləsi olacaq" ifadəsi sadəcə, frazeoloji konstruksiya yox, rəsmi İrəvanın indiki vəziyyətini səciyyələndirən etirafdır.

Ermənistan rəhbərliyinin eyni vaxtda kollektiv Qərb, Rusiya, İranla "vəd alıb vəd vermək" sxemli oyunlar aparması, Fransanın dövlət başçısı Emmanuel Makronun "tam dəstək" kimi səciyyələndirdiyi hamilik öhdəliklərinə inanaraq Rusiya qarşısında şərtlər müntəxabatını səsləndirməsi, İrandan aldığı messiclərə inanaraq Azərbaycanla diplomatik təmaslarda aqressiv ritorika ilə yalan seriyasını seçməsi İrəvanı ağır duruma salıb.

Məhz Emmanuel Makronun aylardan bəri davam edən siyasi vədləri və diplomatik təzyiqlərindən sonra Nikol Paşiyan Parisdən yollanan vədlərə tam inanmışdı.

Brüssel və Münhendəki müzakirələr əsnasında rəsmi Paris ermənilərlə separat, əksər hallarda kuluar müzakirələr apararaq Ermənistanı danışıqlarda mümkün qədər sərt mövqe tutmağa çağırırdı.

Nəticə gözlənilən kimi oldu: heç bir potensial bazası olmayan arxayınlıq və itirilmiş imkanların bərpasına ümid Ermənistan rəhbərliyi Azərbaycanla müzakirələrdə konkretlikdən uzaq söz yığınınlarından istifadəyə, əldə edilmiş razılaşmalarla anlaşmaları pozmağa, ən pisi isə yekun sülh sazişinin imalanması prosesini ləngitməyə sövq etdi.

Nikol Paşinyanın hesablamalarına görə, Azərbaycanla danışıqlarda nə qədər vaxt uzadarsa, nə qədər "sərt" təsir bağışlayarsa, nə qədər söz oyunundan geniş istifadə edərsə - Ermənistanın maraqlarının təminatına yöənlmiş addımlar atır və eyni zamanda, Fransanın genişmiqyaslı yardımlarının reallaşması, geosiyasi sponsorluq marşrutlarının işə düşməsi zamanı o qədər yaxınlaşırdı.

Olmadı və alınmadı, çünki Ermənistanı bölgədə asan idarə olunan marionet dövlətə döndərərək Rusiya və ABŞ-ın regional strategiyasına qarşı çıxmaq, Cənubi Qafqazda proseslərə birbaşa və effektiv təsir imkanqlarına yiyələnmək üçün vasitələr əldə edəcəyini planlaşdıran Emmanuel Makron həmişəki kimi, geosiyasi planlamalarında diletantcasına davrandı, səhvləri sıraladı.

Fransanın yeni və ilk baxışdan mürəkkəb sxem təsiri bağışlasa da, əslində çox bəsit olan strategiyasının üç məqsədi vardı:

1. Ermənistan-Azərbaycan danışıqlarında Rusiyanın əsas moderator və vasitəçi funksiyalarından məhrum edərək ön plana çıxmaq

2. Ermənistana təsir imkanlarını artıraraq bölgədəki proseslərə birbaşa müdaxilə, habelə yöndəyişmə rıçaqlarına yiyələnmək

3. Türkiyə, Rusiya və İran kimi regional oyunçularla yanaşı, Britaniya, Çin, İsrail, ABŞ və Avropa İttifaqını geridə qoymaq, önləyici tədbirlər vasitəsilə mövqelərini möhkəmlətmək və bu minvalla Cənubi Qafqazı nəhayətdə Parisin "arxa bağça"larından birinə döndərmək.

Makron qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmadı və əslində, çata da bilməzdi. Rusiyanın Ukraynada apardığı müharibədən yararlanaraq Moskvanın Cənubi Qafqazdakı mövqelərini geosiyasi hücum vasitəsilə ələ keçirməklə reyderlik etməyə çalışan Fransanın bu cəhdlərini Kreml dərhal anladı və zəruri bildiyi addımlar atmağa başladı.

Təsadüfi deyil ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyanla Moskvada apardığı danışıqlardan sonrakı brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "kollektiv Qərb Cənubi Qafqazda məhz reyder siyasəti yürüdür" dedi.

Təbii ki, Rusiya heç bir vəchlə Fransanın Ermənistana təsir imkanlarını artırmaq cəhdlərini soyuqqanlıqla seyr etməyəcəkdi və Kremlin zəiflik kimi dəyərləndirilə biləcək ətalətinə bel bağlayan Emmanuel Makron gözlənilən əməli cavablar alıb, almağa da davam edəcək.

Bölgədə Britaniya, İsrail, ABŞ və Avropa İttifaqının diplomatik aktivliyinə qarşı preventik tədbirlərin görülməsi taktikası da tam əks nəticə verdi: indi London, Təl-Əviv, Vaşinqton və Brüssel fransızların davranışını təhlükəli sayaraq E.Makronun "bononpartizm" cəhdlərinin qarşısını qətiyyətlə alırlar.

Beləcə, E.Makron uğur əldə etmək niyyətində olduğu oyunda sarsıdıcı uğursuzluğa düçar oldu.

Ermənilərin üzləşdikləri çətinliklər sadəcə, Makronun verdiyi vədlərə xilaf çıxması ilə bağlı deyil.

Yeni problem İran İslam Respublikasının siyasi elitalarında Ermənistana "bütün istiqamətlərdə arxa, dəstək və yardımçı olmaqla Cənubi Qafqazda möhkəmlənmək" təki irrasional taktikanı seçmiş düşərgənin məğlubiyyətidir.

Hadisələrin inkişaf məcrasını xatırlasaq, son günlərdə İranın və Ermənistanın bəlli strukturları tərəfindən idarə olunan, xüsusilə də "İslam İnqilabı Keşikçiləri Korpusunun" (SEPAH) kontrolunda olan Telegram kanallarında "İranla Azərbaycan arasında müharibənin qaçılmazlığı" ilə bağlı propaqanda və feyk kampaniyası ifrat həddə çatdırılmışdı.

Videoanimasiyalar, bəyanatlar, açıqlamalar, saxtalaşdırılmış görüntülər, infoqrafika - az qala bütün vizual vasitələrdən istifadə olunmaqla hibrid savaşın ən bəsit formalarından istifadə olunurdu.

Lakin Birləşmiş Ştatlar, Türkiyə, Rusiya, İsrail, Pakistan və Britaniyanın belə "hədə"lərlə bağlı Azərbaycana tam dəstək vermələri, İrandan ünvanlanan ultimatumların potensial cavabının ağır olacağını qısa fasilələrlə bəyan etmələrindən sonra sosial şəbəkələrdə "savaş" açanların ritorikası dəyişdi.

SEPAH-ın nəzarətindəki akkauntlar, profillər və s. bu gün erməniləri pərişan edəcək açıqlama ilə çıxış ediblər: "İranla Azərbaycan arasınqda hər hansı formada hərbi əməliyyatlara yol verməmək üçün hazırda SEPAH komandanlığında ən yüksək səviyyədə müzakirələr aparılır. Heç şübhə yoxdur və olmasın ki, İran hansısa formada savaşa qarşıdır".

"Finita la commedia" - İranla Azərbaycan arasında vəziyyəti spontan olaraq gərginləşdirmək və perspektivdə toqquşmaya çatdırmaq arzusu ilə yaşayan Ermənistan bu gün affekt vəziyyətindədir.

Baş nazir Nikol Paşinyanın bu gün hökumətin iclasındakı növbəti klounadası da deyilənlərə sübüt sayıla bilər.

Azərbaycanı 44 günlük İkinci Qarabağ Müharibəsindəki qələbədən sonra "erməniləri etnik təmizləmələrə məruz qoymaq"da suçlayan Paşinyan deiyb: "Talış kəndində baş verənlər Azərbaycanın yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinə bariz sübutdur. 44 günlük müharibədən sonra Azərbaycan bu kənddə ermənilərə məxsus evləri sökərək orada azərbaycanlılar üçün nəzərdə tutulmuş evlər inşa edir. Xəbərdırlıq etdiyimiz məsələ artıq reallıqdır.

Azərbaycan rəhbərliyi "Dağlıq Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliklərin təminatı"nı, yaxud "inteqrasiya"nı ermənilərə məxsus evləri sökməklə nümayiş edir. Belə hərəkətlər qanunsuzdur və 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 7-ci bəndinə ziddir. Yəni martın 18-i Talış kəndində ermənilərin evlərinin sökülməsi ilə yox, erməni sakinlərin kəndə qayıtması ilə yadda qalmalı idi. Biz Dağlıq Qarabağın və ətraf rayonların ermənei əhalisinin evlərinə qayıtmasının, onların insan və humanitar hüquqlarının təminatını tələb edirik. Onlar birgə bəyanat da yayıblar. Biz bu bəyanatın təminatına çalışacağıq. Məhz bu səbəbdən həm Ermənistanla Azərbaycan arasında imzalanacaq yekun sülh sazişi, həm də Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatı üçün etibarıl beynəlxalq mexanizmlərə zərurət duyulduğunu bəyan edirik", - Nikol Paşinyan deyib.

Göründüyü kimi, Nikol Paşinyan reallıq hissini itirərək bəsit, mənasız və əsassız iddialarla çıxış edərək sürreal aləmini tərk edə bilmir.

"Talış kəndində erməni evlərinin sökülməsi" ilə bağlı deyilənlər sadəcə, marazmatik isteriyadır. Erməni işğalında olmuş bütün yaşayış məntəqələrimiz kimi, Talış da da işğalçılar azərbaycanlıların evlərini qəsb ediblər, dağıtdıqlarını dağıdaraq yerlə yeksan ediblər, azsaylı evləri isə saxlayaraq orada yaşamağa başlamışdılar.

İşğaldan azad edilən ərazilərdə isə ermənilərin inşa etdikləri nə varsa, sökülməlidir: beynəlxalq hüququn və dünya praktikasının presedentləri budur.

"Qayıdış"a gəldikdə isə, Ermənistanın baş naziri nə istədiyinin fərqində deyil.

Belədirsə, onda Ermənistan ilk əvvəl azərbaycanlı məcburi köçkünlərin hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətindəki ərazilərə, o cümlədən Xankəndinə, Xocalıya, Əsgərana, sabiq Ağdərə rayonuna qayıdışını təmin etməli, sonra isə işğal illərində viran qoyduğu infrastruktura, evlərə, qəsb etdiyi təbii ehtiyatlara görə Bakıya təzminat və reparasiyalar ödəməlidir.

Ermənistan və ona "hamilik" edənlər birdəfəlik anlamalıdır artıq: Azərbaycanın səbri sonsuz deyil.

Ordumuz 2020-ci ilin sentyabrın 27-də başladığı əməliyyatı TAM başa vura bilər.

İrəvanın halı onda nə olacaq - ermənilər düşünsün...

Xəbər lenti

Xəbər lenti