...

Özbəkistan Prezidenti Azərbaycan diasporu ilə görüşüb (FOTO)

Siyasət Materials 24 Mart 2023 09:42 (UTC +04:00)
Özbəkistan Prezidenti Azərbaycan diasporu ilə görüşüb (FOTO)

Bakı. Trend:

Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş təntənəli Novruz şənliyində Azərbaycan diasporu da iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək.

Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.

Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti