...

Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə alternativ yoxdur - Ceyhun Bayramov

Siyasət Materials 29 Mart 2023 12:13 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə alternativ yoxdur - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşma prosesinə alternativ yoxdur və bu, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

"Azərbaycan sülh gündəliyinə təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən orada yenidənqurma-bərpa işləri görür", - nazir bildirib.

C.Bayramov qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərinin bərpası prosesində İsrail şirkətlərinin marağını yüksək qiymətləndirir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti