...

Ceyhun Bayramov İsrail Prezidenti ilə görüşüb

Siyasət Materials 30 Mart 2023 12:58 (UTC +04:00)
Ceyhun Bayramov İsrail Prezidenti ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Prezidenti İshak Hersoq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Trend-in məlumatına görə, bu barədə İsrail Prezidenti Ofisinin tvitter hesabında qeyd edilib.

Bildirilib ki, İ.Hersoq İsraildə səfirliyin açılması və ilk səfirin təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Səfər çərçivəsində ötən gün İsraildə Azərbaycan səfirliyinin açılışı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti