...

Fransa hakimiyyəti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir - İtaliya baş nazirinin müavini

Siyasət Materials 31 Mart 2023 15:32 (UTC +04:00)
Fransa hakimiyyəti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir - İtaliya baş  nazirinin müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Emmanuel Makron hökuməti miqrantları buraxmır, lakin terrorçuları müdafiə edir.

Trend cümə günü "EURACTIV" portalına istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini Matteo Salvini "Qırmızı briqadalar" terrorçu qruplaşmasının on keçmiş üzvü ilə bağlı Fransa Kassasiya Məhkəməsinin qərarından sonra deyib.

Çərşənbə axşamı Fransa Kassasiya Məhkəməsi Fransada sığınacaq tapmış "Qırmızı briqadalar" terrorçu qruplaşmasının on keçmiş üzvünü ekstradisiya etməkdən imtina edib, hərçənd, İtaliya məhkəmələri onları qanlı cinayətlərinə görə müxtəlif dərəcəli cəzalara, o cümlədən, ömürlük həbsə məhkum etmişdi.

XX əsrin 70-ci illərində yaradılmış olduqca solçu terrorçu qruplaşma çoxsaylı qətllərə və insan oğurluğuna görə cavabdehlik daşıyır.

"Bu, biabırçılıqdır. Onlar Ventimilya ilə sərhəddə uşaqları qəbul etməkdən imtina edir, bununla belə İtaliyada həbsdə olmalı terrorçuları vermirlər", - İtaliya baş nazirinin müavini deyib.

Salvininin qeyd etdiyi kimi, Fransa polisi çox vaxt Fransadakı qohumlarının yanına getmək üçün meşə vasitəsilə və ya qatarla İtaliya sərhədini keçməyə çalışan qanunsuz miqrantları sistematik olaraq geri qaytarır.

Lakin Fransa məhkəməsi qərarını əsaslandıraraq terrorçu qruplaşmanın keçmiş üzvləri ilə bağlı "şəxsi və ailə həyatı hüququnu, həmçinin, ədalətli məhkəmə təhqiqatı hüququnu dəstəklədiyini" bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti