...

İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmağa davam edir - XİN

Siyasət Materials 31 Mart 2023 15:52 (UTC +04:00)
İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmağa davam edir - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır.

Trend-in məlumatına görə, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavabında qeyd edilib.

"Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.

Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti