...

Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət edib (FOTO)

Siyasət Materials 31 Mart 2023 19:40 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Milli Məclisdən Trend-ə bildirilib ki, ziyarətçilər həlak olunların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti