...

Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq

Siyasət Materials 1 Aprel 2023 12:44 (UTC +04:00)
Qazaxıstanda Heydər Əliyevin həyatı barədə sənədli film nümayiş olunacaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın "Qazaqstan" dövlət telekanalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənədli film nümayiş olunacaq.

Trend xəbər verir ki, telekanalın məlumatına görə, "Əziz Ömür" ("Ғазиз ғұмыр") adlı film Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Heydər Əliyevin nailiyyətlərindən bəhs edir.

Müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, ümummilli liderin 100 illiyinə həsr olunmuş layihədə iki ölkənin siyasətçilərinin, dövlət və ictimai xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri əks olunub.

Filmin çəkilişləri Astana, Aktau və Bakı şəhərlərində baş tutub. Filmin premyerası aprelin 9-da "Qazaqstan" telekanalında nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti