...

Azərbaycan bayrağını yandıran Aram Nikolyanın Paşinyan ailəsinin yaxın adamı olduğu məlum olub

Siyasət Materials 15 Aprel 2023 15:17 (UTC +04:00)
Azərbaycan bayrağını yandıran Aram Nikolyanın Paşinyan ailəsinin yaxın adamı olduğu  məlum olub

Bakı. Trend:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın Dövlət bayrağını yandırdıqdan sonra "populyar" olan təxribatçı dizayner Aram Nikolyanın ölkənin baş naziri Nikol Paşinyanın ailəsinin yaxın adamı olduğu məlum olub.

Məlum olub ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan dəfələrlə ictimaiyyətdə bu yaramaz dizaynerin geyimlərində çıxıb. Onun necə Ermənistan İctimai televiziyasının baş stilisti olduğu indi aydın olur.

Beləliklə, doğrudanmı Ermənistanı bütün dünyada rüsvay edən bu vandallıq aktı hakimiyyətin özü tərəfindən təşkil olunub? Bəlkə İrəvan bununla beynəlxalq birliyin diqqətini Ermənistanda Azərbaycan hərbçisi ilə amansız rəftar faktlarından yayındırmaq istəyir?

Ermənistanın niyyəti necə olursa olsun, hamısı boşunadır. Çünki nə Azərbaycan, nə də beynəlxalq birlik İrəvanın onu dünyadan daha çox təcrid edən bu qeyri-konstruktiv əməllərini yaddan çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti