...

Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetlər mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 5 May 2023 10:10 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetlər mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümumilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev giriş nitqi ilə konfransı açıq elan edib.

F.Şəfiyev bildirib ki, 90-cı illərdə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi və ölkəni bu çətin məqamda ulu öndər Heydər Əliyev xilas edə bildi.

“Ulu öndərin digər aktiv səylərindən biri də enerji sahəsində oldu. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə başladı. Eyni zamanda ölkənin xarici siyasəti formalaşmağa başladı. Deyə bilərik ki, Heydər Əliyev tərəfindən aparılan siyasət Azərbaycanın kimliyini müəyyən etməsinə şərait yaratdı”,- deyə o əlavə edib.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış edib.

Bundan əlavə konfransda Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Gürcüstan Respublikasının sabiq xarici işlər naziri Tedo Caparidze, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və digər rəsmi nümayəndələr iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti