...

Heydər Əliyevin güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olub - Hasan Ulusoy

Siyasət Materials 5 May 2023 10:41 (UTC +04:00)
Heydər Əliyevin güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olub - Hasan Ulusoy
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş şəxsdir.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümumilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

H.Ulusoy bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olub.

"Heydər Əliyev güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş şəxsdir. O bu prosesləri Azərbaycanın çox çətin vəziyyətində reallaşdırdı.

Biz əminliklə deyə bilərik ki, Heydər Əliyevin unikal yanaşması xarici siaysətdə özünü əks etdirib. Ulu öndərin prioritetləri ölkəsinin milli maraqlarını beynəlxalq arenada qorumaqdan yan keçmirdi. Digər ölkələrlə yaxşı münasibətlər qurulması onun üçün çox önəmli idi. Heydər Əliyevin regionun müxtəlif ölkələri ilə qonşuluq münasibətləri elə güclü inkişaf edirdi ki, Azərbaycanın stabilliyi regionun stabilliyi ilə həmahəng olmuşdu. Həmçinin, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində də qərb təşkilatlarının etibarlı tərəfdaşı olmuşdur. Ulu öndərin uğurlu irsi Prezident İlham Əliyev tərəfindən davam etdirilir”, - H.Ulusoy bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti