...

Blinken və Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə ediblər

Siyasət Materials 11 May 2023 09:48 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin dövlət katibi Entoni Blinken və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycanla Ermənistan arasında davamlı və möhkəm sülhü dəstəkləmə imkanlarını müzakirə ediblər.

Trend cümə axşamı xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda görüşərək 1-4 may tarixləri ərzində sülh sazişi barədə müzakirələr aparıblar. Görüşlər ikitərəfli formatda və Blinkenin iştirakı ilə keçirilib.

Mayın 14-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş keçiriləcək. Bundan başqa, iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin qarşıdakı sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti