...

Azərbaycan Vətən müharibəsindən sonra qarşısında dayanan vəzifələri uğurla icra edir - Afət Həsənova

Siyasət Materials 11 May 2023 14:47 (UTC +04:00)
Azərbaycan Vətən müharibəsindən sonra qarşısında dayanan vəzifələri uğurla icra edir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşısında dayanan vəzifələri uğurla icra edir. İşğaldan azad edilmiş ərazilərimiz, Qarabağ, Zəngəzur dirçəlir, insanlarımız öz doğma yurdlarına qayıdırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də mülki missiyasını uğurla həyata keçirir.

“Növbəti uğurlu və mühüm addım isə aprelin 23-də həyata keçirildi. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırıldı və bununla da ərazi bütövlüyümüz tam bərpa edildi. Ermənistan tərəfi nə qədər mane törətməyə çalışsa, təxribatlar etməyə cəhd etsə də? ölkəmiz öz missiyasını yerinə yetirdi, sərhəd-buraxılış məntəqəsi qurmaqla ermənilərin gələcəkdə törədə biləcəyi təxribatların qarşısını almış oldu. Eyni zamanda Azərbaycan dövləti beynəlxalq hüququn təməl prinsiplərinə və dövlətlərin ərazi bütövlüyünə əsaslanaraq öz ərazisinə qanunsuz daxilolmaların qarşısını almış oldu”, - deyə deputat vurğulayıb.

A.Həsənova qeyd edib ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə mülki missiyasını sürətlə icra edir, ermənilər tərəfindən viran edilmiş şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz sürətlə bərpa edilir.

“Məlumdur ki, artıq Böyük Qayıdış proqramına start verilib və xeyli sayda keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılıblar. Onlar üçün orada hər cür şərait yaradılıb. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini buna misal göstərmək olar. Hazırda işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması, eyni zamanda mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması məqsədilə 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu dəqişiklik həmin ərazilərimizin dirçəlməsi istiqamətində görülən işləri daha da sürətləndirəcək və həmin ərazilərimiz dünyanın ən gözəl güşələrindən birinə çevriləcək.

Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin apardığı qətiyyətli, düşünülmüş siyasət nəticəsində nail olub. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin ən böyük arzusu idi və o, bu istiqamətdə böyük əmək sərf etmişdi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızı azad etdi. Artıq həmin ərazilər öz sahiblərinin əlindədi və yenidən dirçəlir. Çox qürurvericidir ki, bu gün doğma Şuşamız yenidən Xarıbülbül beynəlxalq müsiqi festivalına ev sahibliyi edir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti