...

Yaşıl iqtisadiyata keçidlə gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq - ATƏT PA-nın Prezidenti

Siyasət Materials 22 May 2023 10:43 (UTC +04:00)
Yaşıl iqtisadiyata keçidlə gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq - ATƏT PA-nın Prezidenti
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl iqtisadiyata keçid qlobal çağrışlara qarşı reaksiya verməyə imkan verəcək. Bununla biz gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt bu gün Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.

O qeyd edib ki, qarşıda dayanan hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var.

“Biz kollektiv şəkildə səsimizi ucaldaraq dayanıqlı hədəflərimizə çatmaq üçün birgə əməkdaşlıq etməliyik. Biz mütərəqqi təcrübələrimizi paylaşmaqla daha təhlükəsiz yaşam üçün mübarizə aparmalıyıq. Biz gələcək nəsillər üçün müsbət bir irs qoymalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir. Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti