...

Azərbaycan Özbəkistanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir - Fərid Şəfiyev

Siyasət Materials 14 İyun 2023 12:19 (UTC +04:00)
Azərbaycan Özbəkistanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir - Fərid Şəfiyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Özbəkistanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Özbəkistan münasibətləri və Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş dəyirmi masada deyib

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Özbəkistana üç dəfə səfər etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında ikitərəfli fəaliyyətin mühüm məqamlarından biri ərazi bütövlüyü məsələsində hər iki ölkənin möhkəm dəstəyidir.

F.Şəfiyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli tənzimlənməsi işində Özbəkistanın Azərbaycana göstərdiyi və bu gün göstərməkdə olduğu dəstək iki ölkə arasındakı yaxın münasibətlərdən xəbər verir.

"Ölkələrimiz arasında əmtəə dövriyyəsi kifayət qədər yüksək sürətlə artır. Bu məsələdə zənnimcə, bir çox istiqamətdə əməkdaşlığın aktivləşməsi üçün böyük potensiala malikik", - deyə F.Şəfiyev sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti