...

Azərbaycan məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməkdə qətiyyətlidir - XİN

Siyasət Materials 20 İyun 2023 18:12 (UTC +04:00)
Azərbaycan məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməkdə qətiyyətlidir - XİN

Bakı. Trend:

Azərbaycan məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməkdə qətiyyətlidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Ümumdünya Qaçqınlar Günü ilə bağlı edilən paylaşımda bildirilib.

"Bu gün Ümumdünya Qaçqınlar Günüdür. Ermənistanın 30 ilə yaxın təcavüzü nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkün və qaçqınların sayına görə dünyada birinci yerdədir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlamaqla, Azərbaycan məcburi köçkünlərin öz evlərinə ləyaqətlə qayıtmasını təmin etməkdə qətiyyətlidir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti