...

Ceyhun Bayramov və Mirzoyanın görüşünün sonuncu günündə Blinken də iştirak edəcək

Siyasət Materials 29 İyun 2023 10:05 (UTC +04:00)
Ceyhun Bayramov və Mirzoyanın görüşünün sonuncu günündə Blinken də iştirak edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bugün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-də danışıqları başa çatır.

Trend-in məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken iki ölkənin xarici işlər naziri ilə Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində yekun plenar iclasda iştirak edəcək.

ABŞ Dövlət katibi Entoni Blinken Trend-in məlumatına görə, danışıqların ikinci günü görüş ikitərəfli formatda keçiriləcək. iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmur.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sülh sazişi layihəsi üzrə danışıqlarının növbəti raundu iyunun 27-də başlayıb.

Danışıqların birinci günü ABŞ dövlət katibi Entoni Blinken bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər naziri ilə Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində birinci plenar iclasda iştirak edib. Daha sonra nazirlər danışıqları ikitərəfli formatda davam etdiriblər, danışıqlar fasilələrlə 4-5 saat davam edib.

Danışıqların ikinci günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Bundan sonra iki ölkənin XİN başçısının ikitərəfli görüşü keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti