...

Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər baş verənlərə öz etirazlarını bildirməlidir - Polkovnik

Siyasət Materials 15 Avqust 2023 11:41 (UTC +04:00)
Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər baş verənlərə öz etirazlarını bildirməlidir - Polkovnik

Bakı. Trend:

“Mülki ermənilərin silahlandırlması İrəvanın militarist siyasətinə dəlalətdir”.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirb.

Polkovnik qeyd edib ki, bu gün Ermənistanda baş verənlər rəsmi İrəvanın məkirli niyyətindən, bölgədə yeni qarşıdurma yaratmaq cəhdlərindən xəbər verir:

“Son günlər Ermənistanın mütəmadi şəkildə Azərbaycanla sərhəddə çoxlu sayda hərbi texnika, canlı qüvvə toplaması, bölgəyə yeni raket sistemləri, hava hücumundan müdafiə qüvvələri cəlb etməsi İrəvanın qarşıdurma və təxribat niyyətindən xəbər verir. Baş verənlər onu göstərir ki, Ermənistan yeni və irimiqyaslı təxribata hazırlaşır. Məqsəd isə 44 günlük Vətən müharibəsinin nəticələrinə təsiri göstərmək, müharibədən sornakı status-kvonu öz xeyrinə dəyişmək, nələrəsə nail olmaqdır. Sərhəd xəttinə çoxlu sayda hərbçilərin cəlb edilməsi ilə yanaşı, mülki vətəndaşların silahlandırılması da bu niyyətdən irəli gəlir.

Ermənistanın 10 noyabr 2020-ci il Bəyanatının şərtlərini kobud şəkildə pozaraq yeni hərbi qarşıdurmaya hazırlaşması İrəvanın sülh haqqında səsləndirdiyi bəyanatların sadəcə imitasiya olduğunu göstərir.

Hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən 10 noyabr Bəyanatının tərəflərindən biri olan Rusiya Ermənistanın bu siyasətinə öz kəskin etirazını bildirməli, bölgədə yeni bir təxribatın baş verməsini əngəlləməlidir.

Şübhəsiz, Ermənistan və onun havadarları bilməlidirlər ki, Azərbaycan istənilən təxribatın qarşısını qətiyyətlə alacaq, onun suverenliyinə, təhlükəsizliyinə təhdid təşkil edənlərə öz layiqli yerini göstərəcək. Bununla yanaşı, bir daha bəyan edirik ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür. Yeni bir təxribat İrəvan üçün yeni bir məğlubiyyət demək olacaq ki, bunun da ağrısını Ermənistanın hər bir vətəndaşı hiss edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti