...

Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir - Hikmət Hacıyev

Siyasət Materials 16 Avqust 2023 12:05 (UTC +04:00)
Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir - Hikmət Hacıyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan öz tərəfindən yollar qurduğu halda ermənilər yollara maneələr qoymağa davam edirlər.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrinin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, bu gün Azərbaycan tərəfindən təklif olunan və bizim durduğumuz yer Bərdədən Xankəndiyə gedən yoldur.

“Burada yol yox idi, ermənilər bu yolu da məhv etmişdilər. Sovetlər zamanında bu yol coğrafi-təbii olaraq və nəqliyyat nöqteyi nəzərindən ən uyğun, ən səmərəli yol idi. Çünki bu yol nəqliyyat xərclərini də aşağı salan bir yoldur. Qarabağ erməniləri üçün də nə gələcəksə bu yol vasitəsilə çox asanlıqla çatdırmaq mümkündür. Eyni zamanda onlar bu yoldan istifadə edərək öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Amma ermənilər bu yoldan istifadə etmək əvəzinə yollarda maneələr törətməklə məşğuldurlar”, - deyə o, əlavə edib.

O qeyd edib ki, ermənilər bu məsələni siyasi propaqandaya çeviriblər.

“Azərbaycanın təklifi odur ki, bu yol əslində reinteqrasiya, yəni, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsində reinteqrasiyasının bir başlanğıc nöqtəsidir. Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir. Təəssüflər olsun ki, ermənilər bundan imtina edir və propoqanda yolunu seçirlər.

Bu yola paralel olaraq dəmir yolu da keçir. Bunların hamısı əslində onların həyatını asanlaşdırmaq, daha yaxşı iqtisadi və sosial fürsətlər və imkanlar yaratmaq məqsədi daşıyır. Təəssüflər olsun ermənilər yolun o biri başına maneələr və dirəklər qoyurlar ki, yoldan istifadə olunmasın”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti