...

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefonla danışıb

Siyasət Materials 22 Avqust 2023 20:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti