...

Portuqaliya telekanalı Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən bəhs etdi (FOTO)

Siyasət Materials 19 Sentyabr 2023 20:23 (UTC +04:00)
Portuqaliya telekanalı Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən bəhs etdi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliya telekanalı Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən bəhs etdi.

Trend xəbər verir ki, Portuqaliyanın "SIC Notias" televiziya kanalı Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinə dair məqalə hazırlayıb.

Məqalədə bugün erməni mina terroru nəticəsində Azərbaycanın polis əməkdaşları və mülki şəxslərinin minaya düşərək həlak olması vurğulanıb.

Bu səbəbdən Azərbaycanın Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrin qarşı antiterror tədbirlərinə başladığı qeyd edilib.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti