...

Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib

Siyasət Materials 15 Noyabr 2023 16:17 (UTC +04:00)
Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu təsdiq edib.

Trend xəbər verir ki, bununla da, 2023-cü il iyunun 7-də Bratislava şəhərində imzalanmış Sazişə uyğun olaraq Azərbaycan və Slovakiya gəlirlərə görə ikiqat vergitutmanı ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti