Bakı. Trend:
Qadınlara sərbəstlik verilməlidir.
Trend xəbər verir ki, bunu Tavini Partiyasının Gənclər və beynəlxalq münasibətlər üzrə baş katibinin müavini (Fransız Polineziyası) Ella Tokoragi "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, qadınların azadlığı üçün ilk növbədə təhsil olmalıdır.
“Bizim adət-ənənələrimiz tamamilə dağıdılıb. 30 ilə yaxın burada nüvə silahları sınaqları keçirilib. Qadınlar, uşaqlar əziyyət çəkib. Təhsil məsələsinə gəldikdə, təhsilə çıxışımız çox azdır. Bu məsələdə tamamilə bərabərlik olmalıdır.
Qadınlara səlahiyyətlər verilməsi daha sülhsevər aparılmalıdır. Müstəmləkəçilik zamanı bu daha önəmlidir”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.