...

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə səhiyyəsi dinamik inkişaf yoluna qədəm qoyub

Siyasət Materials 16 Fevral 2024 12:48 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə səhiyyəsi dinamik inkişaf yoluna qədəm qoyub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev 20 illik hakimiyyəti dövründə Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirərək uğurlu dövlət modelini yaradıb.

Bunu Trend-ə açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, ölkəmizdə bütün sahələr uğurlar inkişaf edib, o cümlədən səhiyyə sahəsində yüksək inkişaf göstəriciləri qeydə alınıb.

"Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə səhiyyəsi dinamik inkişaf yoluna qədəm qoyub. Bütün ölkə boyunca modern dünya standartlarına uyğun xəstəxanalar inşa edilib, xeyli sayda tibb müəssisələri təmir olunub və yenidən qurulub. Səhiyyə islahatları yüksələn xətlə davam edib və müasir dünyanın qəbul etdiyi icbari tibbi sığorta tətbiq olunmağa başlayıb. Bu, əslində Azərbaycanın sosial rifah dövləti modelində inkişaf edəcəyinin bir qarantıdır. Tibb işcilərinin daim təkminləşdirilməsi, tibb kadrlarının hazırlığının yüksək səviyyəyə çatdırılması və onların rifahının yüksəldilməsi təqdirəlayiq haldır. Nəzərinizə çatdırım ki, bu ilki səhiyyə büdcəsi 4 milyard manata yaxın olmaqla müstəqillik dövrünün rekord büdcəsidir", - o deyib.

Deputat əlavə edib ki, bundan sonrakı mərhələdə qarşıda duran vəzifə yeni milli ideya ilə silahlanmış sosial rifah dövlətinin inkişaf etdirilməsi və Azərbaycanımızı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltməkdir.

"Eyni zamanda bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, yenidənqurma işləri davam etdirilir. Önümüzdəki illərdə soydaşlarımızın dədə-baba torpaqlarına qayıtması, həmçinin onların həmin ərazilərdə işlə təmin olunması vacib işlərdən biridir. Bununla yanaşı, bu münbit torpaqlarda qeyri-neft sektorunun inkşaf etdirilməsi, lazımı infrastrukturun qurulması da ən önəmli işlərdən biridir. Məhz bu dövrdə ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkşafı və gəlirliliyin artması üçün bütün addımlar atılacaq", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti