...

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına mütəmadi dəvət olunan dünya liderlərindəndir - Deputat

Siyasət Materials 17 Fevral 2024 16:48 (UTC +04:00)
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına mütəmadi dəvət olunan dünya liderlərindəndir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Münxen Təhlükəsizlik Konfransı qlobal və regional əhəmiyyətli məsələlərin müzakirə olunduğu beynəlxalq platformadır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bu konfransa dünyanın müxtəlif yerlərindən dövlət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri, siyasətçilər, elm adamları dəvət olunurlar.

"Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına mütəmadi dəvət olunan dünya liderlərindəndir. Bu, dövlət başçımızın şəxsi nüfuzu, qlobal məsələlərə təsir etmək bacarığı və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsindən irəli gəlir. Dövlət başçımızın bu səfəri də dövlət və hökümət başçıları, biznes strukrurlarının rəhbərləri ilə keçirildiyi çoxsaylı görüşləri ilə xüsuslə fərqlənir. Çünki, cənab Prezident İlham Əliyev qədər görüşlərin keçirdiyi ikinci bir lideri görmürük. Ölkə başçımızın görüşlərin bir çoxu qarşı tərəfin təşəbbüsləri ilə keçirlir. Bu, dövlət başçımıza və ölkəmizə olan etibar və əməkdaşlıq etmək istəyənlərin çox olmasından irəli gəlir. Qarabağ torpaqları işğaldan azad olunana qədər beynəlxalq platformalarda bizi əsasən bir probeılmin həll olunması daha çox maraqlı idi. İndi isə ərazilərimzidə suverənlik təmin olunub və beynəlxalq əməkdaşlıqda qarşılıqlı fayda əsasında bütün tərəflərə açıqıq.

Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Ev sahibliyi etdiyimiz bütün təşkilatlara ölkəmiz yeniliklər gətirir və qlobal məsələlərin həll olunmasında aktivlik nümayiş etdirir. Məsələn, Qoşulmama Hərəkatına sədilik etməyimiz bu təşkilatın həyatına yeni nəfəs gətirmişdir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sesiyası çağırılmış və vaksin millətçiliyin aradan qaldırılması üçün təqdim etdiyimiz məsələ dünya tərəfindən qəbul olunmuş, imkanı olamyan ölkələrə də vaksinlərin çatdırılmaısnda xüsusi rol oynamışdır. Azərbaycan bu il də COP-29 dünya əhəmiyyətli beynəlxalq konfransına ev sahiblik edəcəkdir. Ölkəmiz bu konfransı da yüksək səviyyədə keçirəcək və iqlim dəyişiklikləri ilə bağlı məsələdə dünya birliyində bir konsolidasiya yaradacaqdır", o əlavə edib.

Deputat qeyd edib ki, MTK-da dövlət başçımızın keçirdiyi çoxlu görüşləri dostılarımızın və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayını artıracaqdır.

"Azərbaycan bu gün sabitlik adasıdır. Beynəlxalq şirkətlər ölkəmizə sərmayələrin yatırılmasında maraqlıdırlar. Hesab edirəm ki, yaxın dövürdə dünyada tanınmış beynəlxalq şirkətlərin investisiyaların ölkəmizdə yatırdığını görəcəyik. Çünki, ölkəmizin iqtisadiyyadı dinamik inkişaf edir, ölkəmizdə ictimai-siyasi mühüt sabitdir və biz dünyada sülhü təşviq edirik. MTK-da iştirakımız beynəlxalq əməkdaşlıq imkanlarımızı genişləndirmək baxımından çox əhəmiyyətli olacağını hesab edirəm", - Badamov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti