...

Münxen Təhlükəsizlik Konfransında söylənilən fikirlər, danışıqlar onu deməyə əsas verir ki, Azərbaycan sülhə sadiqdir - RƏY

Siyasət Materials 19 Fevral 2024 12:09 (UTC +04:00)
Münxen Təhlükəsizlik Konfransında söylənilən fikirlər, danışıqlar onu deməyə əsas verir ki, Azərbaycan sülhə sadiqdir - RƏY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı görüşləri hazırkı reallıqlarda regiondakı geosiyasi müstəvidə baş verən proseslərdə mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bu konfransda dünyanın aparıcı dövlətlərinin başçıları, hökumət başçıları, biznes dairələrini təmsil edən rəhbər şəxslər iştirak edir.

"Bu xüsusda cənab İlham Əliyev ATƏT-in sədri, Baş katibi, ABŞ dövlət katibi, Almaniya kansleri ilə mühüm görüşlər keçirdi. Bununla yanaşı, Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb. Belə görüşlər, əlbəttə ki, ölkəmiz haqqında müsbət təsəvvürlərin formalaşması, Cənubu Qafqazda aparıcı dövlət olmaqla yanaşı, həm də sülhə, təhlükəsizliyə verdiyi töhfə ilə bağlı məsləhətləşmələr, məlumatların mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüş keçirildi. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev növbəti dəfə xalq tərəfindən etimad qazandıqdan sonra ilk rəsmi səfərini qonşu Türkiyəyə edir.

Ümumilikdə Münxen Təhlükəsizlik Konfransında söylənilən fikirlər, danışıqlar onu deməyə əsas verir ki, Azərbaycan sülhə sadiqdir. Ölkəmiz Cənubi Qafqazda dayanıqlı sülh mühitinin qurulmasını istəyir",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti