...

İran parlamenti Asiya Parlament Assambleyasının məqsədlərini dəstəkləməkdədir

Siyasət Materials 22 Fevral 2024 15:54 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamenti Asiya Parlament Assambleyasının məqsədlərini dəstəkləməkdədir.

Trend xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası çərçivəsində təşkil edilmiş müzakirədə İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Jalil Rahimi Jahanabadi deyib.

O bildirib ki, İran Azərbaycanın APA-ya sədrliyini tam dəstəkləyir və fəaliyyətin gücləndirilməsi istiqamətində lazımi dəstəyi verəcəkdir.

Qeyd edək ki, fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb.

Plenar sessiya fevralın 24-dək davam edəcək.

“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti