Bakı. Trend:
Azərbaycanda məişət zorakılığı ilə mübarizə gücləndirilir.
Trend-in məlumatına görə, bunula bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
Dəyişikliyə əsasən, qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır.
O cümlədən, bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.