...

Multikultural dünya üçün bütün ayrıseçkiliyə qarşı mübarizə aparmalıyıq - Keçmiş səfir

Siyasət Materials 8 Mart 2024 11:07 (UTC +04:00)

Bakı. Trend:

Multikultural dünya üçün bütün ayrıseçkiliyə qarşı mübarizə aparmalıyıq.

Trend xəbər verir ki, bu barədə “Hamı üçün dünya” fondunun təsisçisi, keçmiş səfir Ebrahim Rasool İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Dodik Ariyanto "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“Əgər irqçiliyə qalib gəlsək, islamafobiyaya qalib gələrik. Qərəzdən əmələ gələn bütün problemlərə qarşı mübarizə aparmalıyıq. Multikulturalizm üçün vətəndaşlıq və din bir araya gəlməlidir. İrqçilik və islamafobiya bir və ya iki nəfər arasında baş vermir. Dövlətlər buna göz yumur”,- deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti