...

Hər 10 ildə kanak xalqının sayının azaldığını, etnik fransızların sayının çoxaldığını görürük - Deputat

Siyasət Materials 18 Aprel 2024 16:12 (UTC +04:00)
Hər 10 ildə kanak xalqının sayının azaldığını, etnik fransızların sayının çoxaldığını görürük - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa bəzi ölkələri müxtəlif məsələlərdə günahlandırır. Amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa bəlkə də yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini aparır.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda deputat Tural Gəncəliyev deyib.

O qeyd edib ki, başqalarını demokratiyanı pozmaqda ittiham edən Fransa 1873-ildən bəri kanak xalqını işğal altında saxlayır və onun hüquqlarını pozur.

“Fransa bu gün yeganə ölkədir ki, dünyada məskunlaşdırıcı kolonializm siyasətini davam etdirir. Təəssüflər olsun ki, hər 10 ildə biz kanak xalqının sayının azaldığını, etnik fransızların sayının çoxaldığını görürük”, - deyə T.Gəncəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti