Bakı. Trend:
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1048 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Deputatlığa namizədliyi irəli sürülənlərdən 700 nəfərin namizədliyi təsdiqlənib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.