Əgər müasir dövrdə ABŞ xoşuna gəlməyən və “diktator” adlandırılan hökumət rəhbərlərinə qarşı rəngli inqilablar təşkil edirsə, bir qədər əvvəl - və qismən də indi - amerikalılar tam tərsinə, əsasən Latın Amerikasında sağçı diktatorları fəal şəkildə dəstəkləyirdilər. Amerikalılar üçün rejimin qəddarlığı və cinayətkarlığı əhəmiyyət kəsb etmirdi - əsas odur ki, proamerikan diktatorlar ABŞ-ın iqtisadi maraqlarını təmin edir və kommunizmin və sovet təsirinin yayılmasının qarşısını alırdılar.
Belə siyasətin parlaq nümunəsi Nikaraquada Somosa ailəsinin diktatorlarını ABŞ-ın dəstəkləməsi idi: Anastasio Somosa Qarsia (1936-1956) və onun oğulları Luis Somosa Debayle (1956-1967) və Anastasio Somosa Debayle (1967-1979). Onlardan birincisi haqqında ABŞ prezidenti Franklin Ruzvelt məşhur ifadəni işlətmişdi: “Somosa bəlkə də it oğlu idi, amma bu bizim it oğlumuz idi.”
Somosa və onun oğulları dövründə ölkədə sərt avtoritar rejim olan “samosizm” qurulmuşdu və bu dövrdə Somosanın qvardiyası silah, spirtli içkilər və narkotik ticarəti, təşkil olunmuş fahişəlik və qumar evləri vasitəsilə varlanırdı. 1979-cu ildə A. Somosa gənc Saninist inqilabı nəticəsində hakimiyyəti itirdi (hərəkatın adı Nikaraquada məşhur siyasətçi olan və A. Somosa tərəfindən xəyanət edilərək edam olunan Auqusto Sesar Sandinonun şərəfinə qoyulmuşdu). Amerikalılar o vaxt tamamilə diskreditə olunmuş samosizmi birbaşa müdafiə etmədilər, lakin sandinistlərlə mübarizə aparmaq üçün 1980-1990-cı illərdə Nikaraquanın yeni lideri Daniel Orteqanı devirmək üçün mübarizə aparan "Kontras" təşkilatını yaratdılar. ABŞ-ın təzyiqi və ölkədəki vəziyyətin pisləşməsi nəticəsində Ortega 1990-cı ildə hakimiyyəti itirdi, ancaq Nikaraqua xalqının növbəti proamerikan rejimindən məyus olmasından sonra Ortega 2006-cı ildə yenidən prezident seçildi.
Kubada amerikalılar Fulhensio Batistanın hərbi-polis diktaturasını dəstəkləyirdilər, lakin 1956-1959-cu illər Kuba inqilabı nəticəsində Fidel Kastro hakimiyyətə gəlib Kuba xalqının maraqları naminə sosial islahatlara başladıqda, amerikalılar Kubaya qarşı iqtisadi blokada başladılar, bu da bu günə qədər davam edir (2014-cü ilin sonunda Kuba ilə diplomatik münasibətlərin bərpası hələlik sanksiyaların qaldırılmasına gətirib çıxarmayıb).
1973-cü ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyi ilə Çilidə hərbi çevriliş həyata keçirildi, nəticədə diktator Auqusto Pinoçet hakimiyyətə gəldi. Çevriliş zamanı SSRİ-yə dost olan qanuni Çili prezidenti Salvador Alyende həlak oldu, daha sonra isə minlərlə Çili sosialisti və kommunisti edam edildi və ya təqib olundu.
... Kollektiv Qərbin Azərbaycana qarşı ünvanladığı ittihamlar arasında "etiraz aksiyalarının keçirilməsinə tam, total icazənin verilməsi, belə aksiyalara hüquq-mühafizə orqanlarının müdaxiləsinin yolverilməzliyi" iddiasıdır ki, son illərdə doqma halını alıb.
Halbuki Qərb ölkələrində etiraz aksiyaları polis xüsusi amansızlıqla "dezavuasiya" edir.
Qərb ölkələri, xüsusən də ABŞ, öz ərazilərində qanunla müəyyən edilmiş çərçivələri aşan etiraz aksiyalarını olduqca sərt şəkildə yatırdır. Amma əgər bu cür aksiyalar xaricdə baş verərsə və növbəti Qərbyönümlü rəngli inqilaba çevrilmək potensialına malikdirsə, Qərb və ABŞ bu aksiyaları dəstəkləyir. Hətta etirazçıların zorakılıq hərəkətlərinə baxmayaraq. Buna görə də, mütəmadi olaraq Qərb KİV-ləri növbəti rəngli etirazın iştirakçılarından “dinc etirazçılar” və ya “dinc aktivistlər” obrazını formalaşdırır, halbuki öz ölkələrində belə aktivistlər cinayətkarlar kimi tez bir zamanda cəzalandırılır.
Məsələn, Almaniyanın Frankfurt-Mayn şəhərində Avropa Mərkəzi Bankının yeni qərargahının açılışı ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı 70-dən çox polis əməkdaşı yaralandı. Minlərlə hüquq pozuntusu qeydə alındı, təxminən 350 nəfər həbs olundu, həmçinin polis tərəfindən su şırnaqları və gözyaşardıcı qazla dolu qumbaralardan istifadə edilməsi nəticəsində etirazçılar arasında zərərçəkənlər oldu. Lakin nədənsə heç kim Almaniya hakimiyyətinin hərəkətlərini qınamır.
ABŞ-ın Müdafiə Nazirliyinin hərbçilər üçün hazırladığı və orada bəhs olunan prinsiplərə riayətin mütləq sayıldığı dərsliyində isə hakimiyyətə qarşı yönəlmiş etiraz aksiyaları "zəif səviyyəli terrorizm" adlandırılır.
Bundan başqa, Birləşmiş Ştatların Səhiyyə Nazirliyinin əməkdaşları olan psixiatrlar hakimiyyətə qarşı aktiv etirazları illər əvvəl "deviant davranışlar" siyahısına daxil ediblər.
“Psychiatric Times” jurnalında “ADHD & ODD: Confronting the Challenges of Disruptive Behavior” (Diqqət çatışmazlığı və hiperaktivlik sindromu və müxalifətin çağırdığı pozucu davranışla mübarizə) adlı məqalə dərc olundu. Bu məqalədə psixiatrlar müxalifəti “müalicə” etməyin yeni metodları barədə məlumat verirdilər.
Amerikalı psixiatrlar ABŞ-da (Avropadan fərqli olaraq) etirazların azlığını psixiatriyanın yüksək inkişafı ilə izah edirlər: Birləşmiş Ştatlarda müxaliflər hələ uşaqlıqdan aşkar edilir və ruhi xəstəxanalarda müalicə olunmağa başlanır. Amerikalı psixiatrların fikrincə, insanların 3-5%-i hakimiyyətə qarşı mübarizəyə meyllidir.
Başqa sözlə, ABŞ-da ən adi "cəzalandırıcı psixiatriya" mövcuddur.
... "Liberalizm", "insan haqları", "LGBT hüquqları", "millətin öz müqəddəratını təyinetmə hüququ". Sadə sual yaranır: niyə bu ifadələrməhz amerikalıları və avropalıları siyasətçilərplə təşkilatların fasiləsiz təkrarladıqları mantralardır?
Birincisi, bu, Qərb siyasətçiləri və elitaları üçün bir növ “müqəddəs inək” – dəyərlər mövzusudur. Onlar mübahisəsiz və toxunulmaz sayılır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan bütün Qərb hərəkətlərini izah edir. Daha da əhəmiyyətlisi – Qərbin rəqiblərinin hərəkətlərini izah etmək üçün dəyərlərdən istifadə edilir.
Postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda "demokratiya" adı altında siyasətçilərin, mass-medianın və qeyri-hökumət təşkilatlarının (QHT) açıq şəkildə satın alınmasına və hakimiyyətin zorla dəyişdirilməsinə yönəlmiş cəhdlərin legitimləşdirilməsinə y.nəlmiş cəhdlərin qarşısı alınanda, bu, mütləq şəkildə və daimi olaraq “demokratiyanın yaxınlaşmasından qorxduğu” kimi izah edilir. Biz anarxiyanın, konstitusion hakimiyyətin zorakı dəyişdirilməsinin, çevriliş cəhdlərinin, siyasi fəaliyyətin xaricdən maliyyələşdirilməsinin qanunsuzluq, cinayət olduğunu bəyan edəndə Qərb rəsmi Bakını "onlar liberallıqdan çəkinirlər" təki idiotik ifadələr səsləndirir.
Qərbdə real ideoloji böhran açıq-aşkar ortadadır. Elitalar və sadə insanlar, bürokratiya və vətəndaşlar, azlıqlar və əksəriyyət, zənginlər və orta sinif arasında getdikcə artan ziddiyyətlər mövcuddur. Bütün bunlar isə liberallığın ideyasının zəfəri, guya bu insan fikrinin zirvəsi olduğuna dair artan boş sözlər fonunda baş verir.
Bu sabiq Sovetlər İttifaqının son dönəmlərini, Brejnev dövründəki SSRİ-ni xatırladır. O dövrü ki, hakimiyyət elitalarının mənsubları və rəsmi ideoloqlar inersiya ilə artıq heç kimin inanmadığı kommunist şüarlarını təkrarlamaqla məşğuldu.
... Frensis Fukuyama 1989-cu ildəki “Tarixin sonu” essesinde “bəşəriyyətin ideoloji inkişafının başa çatması və qərb liberal demokratiyasının idarəetmənin son forması kimi universallaşması”nı bəyan edəndə çox az adam anladı ki, bu, əslində liberallığın özünün inkarı idi. Yəni ideya müxtəlifliyindən, azadlıqdan və fərqli baxışların bir arada yaşamasından imtina, bu isə avtoritarizmdən fərqli olaraq hər hansı bir demokratiyanın əsasını təşkil edir.
Amma məhz bu müasir liberallıq versiyasının başına gəldi. Unifikasiya, dogmatizasiya və radikallaşma baş verdi və bütün bunlarliberallığın bolşevizasiyasına çevrildi.
Kollektiv Qərb məhz bu formatda, "yeganə dürüst, düzgün ideologiya" qismində parçalanmış konstruksiyanı bizə təqdim edir.
Qərb dərk etmir ki, istənilən, hətta ən humanist təlim belə zorakılaşdırılanda, qəbulu məcburiləşdiriləndə totalitarlaşır və iyrəncləşir.
Məsələn, heç kim inkar etməyəcək ki, xristianlıq - sevgi, zəiflərə mərhəmət və itaətkarlıq dinidir. Amma biz nə gördük, o zaman ki, onu məhz Qərbdə mütləqləşdirdilər? Dəhşətli inkvizisiya, insanları diri-diri yandırılması, səlib yürüşləri, "bizimlə olmayan bizə qarşıdır" idefiks...
İndi Qərbdə liberallığın aydın şəkildə mütləqləşdirilməsi baş verir. Siyasi ana cərəyanda nə klassik mühafizəkarlar, nə sosialistlər, nə də “yaşıllar” qalıb - bu gün bunlar sadəcə liberallığın fərqli çalarlarıdır. Amma insanlar bu saxtakarlıq fonunda həqiqi çoxnövlülüyə ehtiyac duyduqları zaman, real sağ və sol qüvvələrin ortaya çıxmasına ehtiyac olduğu zaman, sistem sadəcə onlara qarşı çıxdı, özü də tamamilə qeyri-liberal şəkildə. Əgər klassik “volterian” liberallıq qürurla bəyan edirdi: “Mən sizin inanclarınızı bölüşmürəm, amma onları ifadə etmək hüququnuz uğrunda ölməyə hazıram”.
Onda indiki neoliberal Qərb tam əks şəkildə hərəkət edir – burada bütün ideyaların və onların daşıyıcılarının tam diskreditasiyası var, onları populistlər, faşistlər, yalan məlumat yaymaqda günahlandırır.
Çirkin seçki hiylələri, birbaşa qadağalar və siyasi baxışlar üçün açıq təqiblər - bütün bunlar Azərbaycana "ağıl öyrətməyə" çalışanlara xas məcazlar və mərəzlərdir.
Müasir liberallığın əsas problemi isə onun əslində… qeyri-liberal olmasıdır. Bu paradoksdur, amma bu gün o, indiki liberallığın müdafiəçiləri tərəfindən daha tez-tez Böyük Fransız İnqilabının mübarizə apardığı ideallara zidd çıxır. O, özü demokratik prinsipləri inkar etməyə başlayır. Neoliberallığa bu gün daha çox mane olan karikaturalı avtoritarizm deyil, bütün dünyada öz rəqibləri kimi təqdim etdiyi, daha çox isə əsl demokratiya – xalqın iradəsi, demokratik yolla ifadə edilən.
Qərbin Azərbaycana qarşı ikiüzlülüyü, ikili standartları, yoxsa, daha da pisi, müasir liberallıq - budur "tərəqqi, inkişaf"?
Hüquqların və azadlıqların seçici şəkildə tətbiqi, ehtiyaclara və qanuna seçici şəkildə yanaşma və əxlaqın seçici tətbiqi - budur "Qərb modeli"?
Qanunçuluq əvəzinə "highly likely" (böyük ehtimalla) cəza üçün kifayət qədər səbəb kimi qəbul olunur, hüququn ekstraterritorial tətbiqi və təqiblər üçün saxta əsaslar yaranır.
Azlıqların hüquqlarına hörmət əvəzinə fərqli dünyagörüşünə malik cəmiyyətlərə "xüsusi" azlıqların hüquqları zorla qəbul etdirilir.
Demokratik institutlara və seçicilərin fikirlərinə hörmət əvəzinə Qərbyönümlü dövlət çevrilişləri və Qərbə tabe olmayan ölkələrdə hər hansı anti-hökumət qüvvələrinə dəstək verilir.
Beynəlxalq münasibətlərdə liberal və demokratik əsasların təşviqi əvəzinə güclünün diktatı, BMT-də “düzgün” səsvermə qarşılığında yardım və uydurma bəhanələrlə güc tətbiq olunur.
Beləliklə, bu gün liberalizmin nüfuzunu məhv edən ilk növbədə “liberal” (formal) dövlətlərdir, onların problemi ondan ibarətdir ki, əslində onlar qeyri-liberaldırlar. Yəni, özləri tərəfindən elan olunan dəyərlərə əməl etmir, yalnız bu dəyərlər onların praqmatik maraqlarına uyğun gəldikdə tətbiq edirlər və öz mənfəətpərəst siyasətlərini ört-basdır etmək üçün istifadə edirlər.
Şübhə yoxdur ki, bu özünü diskreditasiya etmiş “dövlət liberalizmi” versiyası həqiqətən də öz dövrünü başa vurur, lakin bu, demokratiya və azadlıq ideyalarının aktuallığına heç bir şəkildə təsir etmir. Bu ideyalar yaşayır və müvafiq beynəlxalq sənədlərdə, konvensiyalarda və paktlarda, beynəlxalq strukturların nizamnamələrində öz əksini tapıb, bəşəriyyətin ümumi mirasıdır və hər hansı dövlətlər qrupunun bu dəyərlərə qarşı çıxan ölkələri cəzalandırmaq missiyasını öz üzərinə götürdüyü doktrina deyil. Müasir dünyaya “liberal inkvizisiya” qətiyyən lazım deyil.
Azərbaycan bunu deyib, deyir və deyəcək...