...

Azərbaycan-Anqola arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 11 Noyabr 2024 16:44 (UTC +04:00)
Azərbaycan-Anqola arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulandı.

Bildirilir ki, Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.

Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti