Bakı. Trend:
14 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan Respublikası və İsrail Dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
Nazir Ceyhun Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxx
21:09
Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Qideon Saar ilə görüşüb.
Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan XİN "X" sosial şəbəkəsində yazıb.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri, təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə mövcud problemləri müzakirə ediblər.
Xəbər yenilənəcək