...

Azərbaycanda qadın və kişi bərabərliyi tam təmin olunub – Komitə sədri

Siyasət Materials 12 Mart 2025 11:31 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müasir Konstitusiyada qadın hüquqları prioritet məsələlərdən biridir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün məhkəmə korpusunda xanımlar üstünlük təşkil edirlər.

“İndikindən fərqli olaraq əvvəllər ağır cinayətlərlə bağlı məhkəmələrdə qadınlar fəaliyyət göstərmirdilər. Konstitusiyada da qadın hüquqları çox müfəssəl şəkildə qorunur. Azərbaycanda qadın və kişi bərabərliyinin real mövcudluğu tam təmin olunub. Şəhidləri, qaziləri böyüdən Azərbaycan qadınıdır”, - deyə Ə.Hüseynli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti