...

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib (FOTO)

Siyasət Materials 22 Mart 2025 11:14 (UTC +04:00)
Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.

IDEA-dan Trend-ə bildiriblər ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbirin sonunda uşaqlara bayram sovqatları paylanılıb.

Xəbər lenti

Xəbər lenti