...

TDT üzv dövlətlərin kartoqrafiya qurumlarının rəhbərlərinin II iclasının Bakıda keçirilməsi xüsusi önəm kəsb edir - Merey Mukacan

Siyasət Materials 3 Dekabr 2025 15:34 (UTC +04:00)
TDT üzv dövlətlərin kartoqrafiya qurumlarının rəhbərlərinin II iclasının Bakıda keçirilməsi xüsusi önəm kəsb edir - Merey Mukacan
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın oktyabrda Qəbələdə keçirilən Zirvə toplantısından sonra Türk Dövlətləri Təşkilatına sədrliyi təhvil almasını nəzərə alsaq, TDT üzv dövlətlərin kartoqrafiya qurumlarının rəhbərlərinin II iclasının Bakıda keçirilməsi xüsusi önəm kəsb edir.

Trend xəbər verir ki, bunu TDT baş katibinin müavini – Merey Mukacan TDT-in Kartoqrafiya üzrə İşçi qrupunun II iclası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, xəritəçəkmə üzrə mütəxəssislərin Bakıda keçirilən görüşü ölkələrin əməkdaşlığının hazırkı mərhələsinin əhəmiyyətini artırır. Çünki ilk dəfə olaraq xəritələrin hazırlanması üzrə sistemli iş təşkilata sədrlik edən ölkənin rəhbərliyi altında həyata keçirilir.

O qeyd edib ki, əvvəl TDT ölkələrinin xəritələrini üçüncü tərəflər hazırlayırdı, indi isə bu prosesə dövlətlərin özləri nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti