Azərbaycan öz tarixinin ən vacib dövrünü yaşayır və fərəhli haldır ki, bu gün artıq seçkiqabağı vəziyyətin müsbət tendensiyalarını qeyd etmək olar. Trend in məlumatına görə, belə bir bəyanatla avqustun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş jurnalistlərlə söhbətində qeyd edib.
"Mən ümid edirəm ki, Azərbaycanda seçki prosesi demokratik normalara uyğun gələcək", - deyə amerikalı diplomat bəyan edib. Onun sözlərinə görə, şəffaf və ədalətli seçkilərin keçirilməsi məqsədi ilə ölkədə artıq müəyyən addımlar atılıb.
Həmçinin, prezident İlham Əliyev 11 may 2005-ci ildə "Seçki təcrübəsinin təkmilləşdirilməsi barədə" fərman imzalayıb, eləcə də 2003-cü il 15-16 oktyabr hadisələrində iştirakla mühakimə olunmuş müxalifət liderləri məhkumluqdan azad ediliblər.
Eyni zamanda, amerikalı diplomat qeyd edib ki, bu gün respublikanın seçki dairələrindən birində deputatlığa 17 namizəd var. Əsas siyasi oyunçular iqtidardakı Yeni Azərbaycan (YAP) və Azadlıq müxalifət bloku namizədlərin siyahılarını dərc ediblər.
"Şübhəsiz ki, Azərbaycan hökuməti prezidentin fərmanını hər bəndimnin həyata keçirilməsi üçün ən fəal səylər göstərməlidir", -deyə sonda amerikalı diplomat qeyd edib.