...

ƏLİ HƏSƏNOV: SEÇKİLƏRƏ İKİ AY QALMIŞ SEÇKİ MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ BARƏDƏ TƏŞƏBBÜSLƏRİ SEÇKİLƏRİN POZULMASINA CƏHD KİMİ QİYMƏTLƏNDİRMƏK OLAR

Siyasət Materials 5 Sentyabr 2005 16:40 (UTC +04:00)

Seçki gününə iki ay qaldığı bir vaxtda Seçki Məcəlləsində (SM) dəyişikliklər təşəbbüsü ilə çıxış etmək təşəbbüsünü seçkiləri pozmaq cəhdi kimi qəbul etmək olar. Buna heç bir ehtiyac yoxdur. Trend in məlumatına görə, prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Müsavat" partiyasının lideri İsa Qəmbərin hökumətin ünvanına söylədiyi tənqidi fikirləri məhz belə şərh edib.

O qeyd edib ki, müxalifət nümayəndələrinin bəyanatları onların parlament seçkilərində məğlubiyyətinin əsaslandırmağa imkan verən daxili əks-səda doğurmaq məqsədi güdür.

"Müxalifət tədbirlərdə Avropa Şurasının və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakından istifadə edir və "seçki effekti" yaratmaq üçün əlindən gələni edir", -deyə ictimai-siyasi şöbənin müdiri bildirib və ölkə rəhbərldiyinin seçkiqabağı gördüyü işlərin ünvanına söylənilən tənqidi fikirlərin heç bir əsası yoxdur.

"Seçkilərin ilk mərhələsi sona çatır və bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ünvanına xüsusi böyük iradlar daxil olmayıb. Bu arada namizədlərin qeydə alınmasında şikaylər daxil olub", -deyə Ə. Həsənov bildirib. Onun sözlərinə görə, müxalifətin bəyanatlaraı cəmiyyətdə heç bir effekt yarada bilməz.

Azərbaycanın Seçki Məcəlləsinin dəyişdirilməsinə gəldikdə isə Ə. Həsənov bildirib ki, bu məsələ parlamentin səlahiyyətlərinə aiddir və əgər parlament bu məsələyə baxmazsa, "deyməli, parlament seçkiləri hazırki qanunvericiliyin əsasında keçiriləcək".

Xəbər lenti

Xəbər lenti