...

GÜRCÜSTANA VƏ İRANA QAÇAQMALÇILIQ HALLARININ QARŞISI ALINIB

Siyasət Materials 5 Sentyabr 2005 19:37 (UTC +04:00)

Avqust ayı ərzində Azərbaycanın Gürcüstanla dövlət sərhədində 9.688 litr dizel yanacağının qeyri-qanuni keçirilməsinin qarşısı alınıb. Trend bildirir ki, bu barədə Azərbaycan Dövlət sərhəd xidmətinin (DSX) məlumatında deyilir.

Həmçinin 91 ədəd müxtəlif mobil telefonu, 35 kq nərə balığı, 35 ədəd dərman preparatı, 60 adda xeyli qaçaqmal, 129 baş davar, 87 ədəd müxtəlif geyim və xeyli miqdarda bitki yağı avtomobil boyaları, spirtli içkilərin qeyri-qanuni keçirilməsinin qarşısı alınıb.

Avqust ayı ərzində İran İslam Respublikası ilə dövlət sərhədindən 108 ədəd peyk antenası, 10 qədimi xalça, 43.413 ədəd müxtəlif növ dəmirkəsici alət, 290 qutu siqaret, 46 ədəd geyim əşyası, istifadə müddəti bitmiş xeyli sayda dərman, tibb ləvazimatı və müxtəlif növ spirtli içkilərin qeyri-qanuni keçirilməsinə yol verilməmişdir.

Bundan başqa, ötən ay ərzində sərhəddə 1 ədəd qeyri-qanuni saxlanılan "Naqan" markalı tapança, 15 müxtəlif kalibrli döyüş patronu, 1 kq 202 qr tiryək və 100 qr marixuanaya oxşar maddə müəyyənləşdirilərək saxlanılmış, 0,5 ha sahədə yabanı halda bitmiş ümumi çəkisi 560 kq olan 12.650 ədəd çətənə kolu yandırılaraq məhv edilmişdir.

Xəbər lenti

Xəbər lenti