Azərbaycan Avropa İttifaqı ölkələrində auditin inkişafı məsələlərinə dair beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə Azərbaycanı Auditorlar Palatasının sədri Vahid Novruzov təmsil edəcək. Trend in məlumatına görə, bu barədə sentyabrın 13-də V.Novruzov məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 6-7-də Vilnüsdə keçiriləcək konfransda o, Azərbaycanda auditor fəaliyyətinin indiki vəziyyəti, əsas perspektivləri və istiqamətlərinə dair nitqlə çıxış edəcək.
Bundan başqa, səfər çərçivəsində Litvanın Auditor Palatasının prezidenti Gennadi Makuşevlə görüş planlaşdırılıb. Görüşdə Litvanın auditor orqanı ilə əməkdaşlığa dair imzalanmış saziş çərçivəsində işlərin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Azərbaycan və Litvanın Auditor Palataları arasında əməkdaşlıq protokolu iyulun 20-də Bakıda imzalanıb.